Azərbaycanlı kinorejissor Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib

 

Azərbaycanlı kinorejissor və prodüser, “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, kinofestival Moskvada keçirilir. Burada 25 ölkədən 65 film təqdim olunacaq. Festivalın mətbuat xidmətindən bildirilib ki, əsas müsabiqə proqramına Avstriya, Böyük Britaniya, İtaliya, Çin, Meksika, Hollandiya, Peru, Portuqaliya, Rusiya və Fransa istehsalı olan filmlər daxildir.

Azərbaycanlı kinorejissor Fariz Əhmədov qısametrajlı filmlər müsabiqəsinin münsiflər heyətinə üzv seçilib. Onunla yanaşı, filmləri rejissor və ssenarist Vladimir Qolovnev (Rusiya), kinematoqrafçı və rəssam Kamilla Rodrigez Triana (Kolumbiya) qiymətləndirəcəklər.

Bu il “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalı səkkizinci dəfə keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.