“Spenser: Şahzadə Diananın sirri” filminin treyleri təqdim edildi

TASS agentliyi məlumat verir ki, “Neon” kino şirkəti “Spenser: Şahzadə Diananın sirri” filminin treylerini təqdim edib.
“Spenser: Şahzadə Diananın sirri” filminin dünya premyerası sentyabrın 3-də, Venesiya kinofestivalında olacaq.
Filmin rejissoru Pablo Larraindir.
Baş rolu Kristen Stüart canlandıran filmdə həmçinin Şon Harris, Cek Fartinq, Emi Menson, Salli Hokins və başqaları rol alıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.