Rezonans doğuran "Elektra" ilə yanaşı Zalsburq festivalı bu yayın proqramına daha bir tamaşa daxil etmişdi, onun tamaşası axır ki, baş tutdu. Söhbət Motsartın "Bütün qadınlar belə hərəkət edirlər" ("Cosi fan tutte") operasından gedir. Rejissor Kristof Loy və dirijor Yoana Malvisin quruluşunda. Onlar bu operanın premyerasını Zaltsburg-2020 -də ortaya qoymuşdular, operanın bu yeni versiyası daha böyük bir layihə kimi ortaya çıxdı. Bir il sonra onun necə fərqli və daha baxınaqlı göründüyünə opera ictimaiyyəti çox təəccübləndi.
Keçən yazda pandemiya fəlakəti gəldikdə Salzburg festivalı tələsik B, C və s. planlarını inkişaf etdirməyə başladı. Əgər festival zallarının qapısında kəhrəba qıfıllar görünürdüsə də, hər halda, hansısa premyeraları buraxmaq lazım idi -burada prestij öz sözünü deyirdi, yüzillikdə aktual olan festivalı birdən-birə susdurası deyildilər ki.
“Ədəbiyyat və incəsənət” portalı Week-end dərgisinə istinadən məlumat verir ki, Zalsburq festivalında ötən yay üçün nəzərdə tutulan Romeo Kastelluççi və Teodor Kurentzisin quruluşunda “Don Juan" tamaşası 3 saat yarımlıq davamiyyətinə görə qurban gedəsi olmuşdu, belə ki, yalnız antraktsız, qısa tamaşalara icazə verilirdi. Eyni zamanda, festivalın yüz illiyində Motsart olmadan keçinmək də mümkün deyildi. Beləliklə, çarəsiz niyyət yarandı: Lorenzo da Pontenin librettosunda böyük üçlüyün operalarından birini qoymaq, daha dəqiq desək, "Cosi fan tutte"ni. Kristof Louya hesab olunan həftələr ərzində tamaşanı yaratmaq tapşırıldı. Elə etmək lazım idi ki, bu qısa müddət ərzində festivalın emalatxanaları da kostyumların və dekorasiyaların öhdəsindən gələ bilsinlər. Eyni zamanda, seksizm haqqında yaranan suallar da sığortalanmalı idi, feministlərin qarşısına çıxmaq üçün platforma da hazırlanmalı idi. Belə ki, Motsartın operasının formal analizi qadının kişi qarşısında hüquqsuzluğuna bəraət verdiyi halda Pontenin yeni etika nöqteyi-nəzərindən librettosunda bərabərhüquqluluq məcbiriyyəti ortaya qoyuldu. Amma etiraf etmək lazımdır ki, festival mümkün qadın hücumunu zərif şəkildə daha bir vasitəylə qabaqladı, yüzillik tarixində ilk dəfə quruluşçu dirijor qadın oldu - Yoan Malvisi, Nürnberq Ştaatsteatrının musiqi rəhbəri.
Üç saatlıq operanı yarım saata qısaltmaq üçün Loy və Malvits çox şeyi qurban verdilər: burada tam kəsilmiş hissələr, ixtisara getmiş musiqi və dialoqlar, bol-bol məhdudlaşmalar yer aldı. Xüsusən, Despinin ilk ariyası, Gulelmodan qadınlara yumoristik məzəmmət ("Donne mie, la fate a tanti..."), Fernandonun şikayəti ("Tradito, schernito...") və s. və i.
Yəni, "Cosi" nin tammiqyaslı tamaşasının əvəzinə, sadəcə, layiqli semi-stage-ə ümid etmək olardı, amma, hər halda, gözəl teatr nümunəsi peyda oldu. Peşəkarlıq həqiqətən böyük şeydir.
Səhnə yaradıcılığı baxımından xəsislik təəssüratı yaranırdı: büsbütün ağ divar, iki kənar qapı və orkestr yerləşən çuxura düşmək üçün pillələr. Vəssalam. Hərəkət edən səhnənin yalnız bircə dəfə - “Secondate, aureate amiche" serenadası zamanı hərəkətə gələrək dəyişdirilməsi, tənha, əzəmətli bir ağacın görüntülərinin peyda olunmasını da qeyd etməliyik. Geyim baxımından da xəsislik gözə çarpırdı: kişi qəhrəmanları qara kostyumlarda, qadınlar qara donlarda. Və yalnız aldatma və anlaşılmazlıqlar vaxtı gələndə Fernando və Qulyelmo öz sevgililərinin yanına çimərlikdə rəngli şort və köynəklərdə gəlirlər.
Amma maestro Malvitsin rəhbərlik etdiyi Vyana filarmoniklərinin daha səxavətli, hazırcavab və rahat görünmələri diqqəti cəlb etdi, belə ki, onun kişi həmkarları son bir neçə on il ərzində partituranın öhdəsindən daha az enerjili və daha az zərifliklə gəlmişdilər. Bu işin o işlərdən daha cazibədar görünməsi də əsassız deyildi.
Və müğənnilərin musiqiylə əla ansamblı, hansı ki, zövqverici və maraqlı nüanslarla onların bütün qeyri-adi psixologiyasının solo işləriylə vəhdətində təcəssüm olunurdu, xüsusi heyranlıq gətirirdi.
Lea Desandr öz Despinini şən və cazibədar şəkildə ifa etdi-o, librettoya tam uyğun olaraq şokoladı qaşıqla çaldı, həkim müayinəsində oldu, finalda notariusu da bacarıqla təsvir edə bildi.
Kişilərlə ziddiyyətlər oyunu da istisnasız olaraq alındı. Movial və təmtəraqlı bariton Andre Şuenin Zalsburq debütantı Boqdan Volkovla ideal dueti möhtəşəm oldu, lirika emosional və stilistik mənada çox səliqəli şəkildə məhz "Un aura amorosa" ariyasında operanın bütün əsas solo nömrəsiylə əvəzləndi. Yoxannes Martin Krentzlenin ifasında Don Alfonso da (saçlarında bəyazlıq və illərlə gələn müdriklik haqqında sözlər heç də şişirtmə deyildi, yaşlı personajı bundan ötrü qrimləməyə, parik taxdırmağa ehtiyac qalmamışdı) adi ifa sayıla bilməzdi.
Uzun reitativlərdə, ariyalarda və ansambl ifalarında nümayiş etdiriləsi şeylər kifayət qədər ağıllı şəkildə edilmiş qısa pantomimalarda göstərildi, buna da böyük libretto və ifa məharəti lazım idi.
Son illərin zalsburqlu Motsart tamaşalarının çoxunun dalana dirəndiyi iddia olunduğu bir zamanda hədsiz isti, mental çətinlik və teatrşünasların total inamsızlığının fövqündə və ən əsası - pandemiya məcburiyyəti üzündən qısa variantda nümayiş məcburiyyəti şəraitində nümayiş olunan Motsartın “Cosi fan tutte” operası bu cür uğur qazanmaqla, şübhəsiz, qiymətsiz bir inci olduğunu ortaya qoydu.
Yaşasın elitar sənət!
Foto: SF / Monika Rittershaus