Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Katibliyinin (ARKİ) geniş tərkibdə iclası keçirilib.
İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AzərTAC-a bildirib ki, iclasda 2 Avqust- Milli Kino Günü və ARKİ – nin 10 illiyi, kinonun bugünkü durumu haqqında, Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. İttifaqın sədri Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən və görüləcək təşkilati işlər barədə məlumat verib. Daha sonra İttifaq tərəfindən hər il təqdim edilən Milli Kino Mükafatı və tanınmış kino xadimlərinin ARKİ tərəfindən mükafatların təqdim edilməsi, habelə fəxri adların verilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İclasın gedişində ARKİ – nin İdarə Heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov, Azər Quliyevin təklif və mülahizələri dinlənilib. Müzakirələrdə tanınmış kino xadimləri Rafiq Nəsirov, Rafiq Qəmbərov,Əbdül Mahmudov və Şamil Əliyev fəal iştirak ediblər.
Daha sonra iclasda veteran kino xadimləri, yubilyarların mükafatlandırılması məsələləri də müzakirə edilib. ARKİ-yə yeni üzvlər qəbul olunub.