“Vidalaşmadan getməyin” monotamaşası bu gün nümayiş olunacaq

 

Bu gün “M” teatrında “Vidalaşmadan getməyin” adlı monotamaşanın növbəti dəfə nümayişi olacaq.

 

Bu monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.

Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır, eləcə də səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.