Fərəh Acalova Timur Bədəlbəyli ilə görüşüb

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Əməkdar artisti Timur Bədəlbəyli ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Yarat Müasir İncəsənət Məkanın birgə layihəsi olan "Mədəni yenilənmə" çərçivəsində Bakıya səfər edən aktyorla görüşdə teatrın inkişaf perspektivləri, mümkün birgə layihələr müzakirə edilib.

Timur Bədəlbəyli B.Şukin adına Moskva Ali Teatr Məktəbinin (Y.Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Taqanka Teatrının truppasına dəvət olunur və tez bir zamanda bu teatrın aparıcı aktyoruna çevrilir. O, “Əlvida, cənub şəhəri” filmindəki roluna görə “Şərq-Qərb” Beynəlxalq Film Festivalının (2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.