Teatr Xadimləri İttifaqında bədii qiraət müsabiqəsi keçiriləcək

 

İyunun 20-də “Cənnətim Qarabağ” adlanan bədii qiraət müsabiqəsi keçiriləcək.

 

Azərbaycan bədii fikrinin görkəmli siması, şair və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan tədbir Teatr Xadimləri İttifaqında reallaşacaq.

Müsabiqənin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.