M.Teatrın yeni məkanda premyerası olacaq

 

İyunun 19-da yeni məkanda - Tbilisi prospekti, 76 ünvanında, “Qanun” nəşriyyatı yerləşən binanın 3-cü mərtəbəsində M.Teatr rejissor Oktay Mehdiyevin quruluşunda “Vidalaşmadan getməyin” tamaşasının premyerasını oynayacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın səhnələşdiricisi Vidadi Həsənov, bəstəkar Vüqar Məmmədzadə, rəssam Ülkər Əliyeva, səhnə plastikası yönətməni Mikayıl Mikayılov, rejissor köməkçisi Səbinə Süleymanovadır. 

“Bəlkə mən heç yaşamamışam?!” kimi sirli çağırışla nümayiş etdiriləcək tamaşa saat 18.00-də başlayacaq. 

Biletləri i ticket.az saytından əldə etmək mümkündür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.