“Mədəni yenilənmə” layihəsində bu gün sənədli kino və teatr mövzuları müzakirəyə çıxarılacaq

 

Mədəniyyət Nazirliyinin və YARAT Müasir İncəsənət Məkanının birgə layihəsi olan “Mədəni yenilənmə” layihəsi davam edir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün və sabah - iyunun 16-17-də gerçəkləşəcək layihənin qonağı teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəyli olacaq. 

 

Görüş çərçivəsində “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı nümayiş olunacaq, müzakirəsi aparılacaq.

YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbirdə, həmçinin “Müəllif teatrı” mövzusu və postmodern teatrın perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.