Covid pandemiyasından öncə - 2019-cu ilin fevral ayında çəkilişlərinə başlanılan “Xatirə və Xəta” bədii filminin istehsalı nəhayət ki, başa çatıb.
Baş rolda tanınmış aktyor Sabir Məmmədovun çəkildiyi filmdə polis, həkim və müxbirin dostluğundan bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımovdur. Rejissorun sözlərinə görə, ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
Amma əvvəlcə filmin qayəsi tam başqa imiş.