Bu gün “Vidalaşmadan getməyin” yeni monotamaşanın premyerası keçiriləcək

 

Bu gün və sabah - iyunun 11-i və 12-də M Teatrında “Vidalaşmadan getməyin” adlı yeni monotamaşanın premyerası olacaq. 

 

Bu səhnə əsəri M Teatrının yeni məkanının açılışı münasibətilə təqdim ediləcək. 

Monotamaşada hardansa peyda olan bir kişi, bizə öz həyatını, keçmiş günlərini, o günlərin fərqində olmadığı məqamlarını danışır və tamaşanın paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara çatdırılır. 

Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı yeni tamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.