İyunun 7-dən Bakıda “100 faizlik klassiklər: Fransız kino həzzi” adlı film nümayişləri başlayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən 3 günlük nümayiş “Azərbaycan” kinoteatrında reallaşacaq.
Kinematoqrafçılar ittifaqından Sözügedən filmlər fransız dilində, Azərbaycan və ingilis altyazıları ilə təqdim olunacaq.
İyunun 7-də “Atalanta” (Jan Viqo), 14-də “Baltazar” ( Rober Bresso), 21-də isə “Uçuş zolağı” və “Sibirdən məktublar (Kris Marker) filmləri nümayiş olunacaq.