Bu gün Fransada - Zümrüd sahildə Kann Kino Festivalı başlayır.
2020-ci ildə COVID-19 pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.
Festivalın açılışını belçikalı aktrisa Vircini Efira edəcək. O, münsiflər heyətini və rəsmi müsabiqə üçün 21 filmi təqdim edəcək. O, həm də mərasimlərin aparıcısı olacaq.
Münsiflər heyətinə fransız Vinsent Lindon sədrlik edəcək. Britaniyalı Rebecca Hall, Hindistanlı Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca, eləcə də iranlı məşhur rehissor Asghar Fərhadi, fransalı Ladj Ly, amerikalı Ceff Nichols münsiflər heyətinin üzvləridir.
75-ci Kann Kino Festivalının açılış mərasiminin fəxri qonağı amerikalı aktyor, rejissor və prodüser Forest Vitaker olacaq. Bu münasibətlə o, fəxri “Palma budağı” mükafatını alacaq. Onun Kristof Kastan və Tomas Sametin ilə birlikdə çəkilmiş “Sülh naminə” son filmi mayın 18-də xüsusi nümayiş olunacaq.
Ukraynaya silahlı təcavüzünə görə Rusiya təmsilçiləri festivala buraxılmayıb.