Bu gün YARAT-da "Mədəni yenilənmə" layihəsinin növbəti tədbiri keçiriləcək

 

YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbirdə “Mədəni yenilənmə" layihəsinin bugünkü qonağı təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə olacaq, onunla kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək.

 

Dünən isə Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin "Bədii quruluş" proqramının kuratoru Əddis Hacıyev qonaq idi. 

Eyni məkanda reallaşan tədbir zamanı Moskva kino məktəbinin tələbələrinin ərsəyə gətirdikləri işlər təqdim olundu. Tədbir çərçivəsində Hacıyevin "İdrak" adlı qısametrajlı filmi nümayiş edildi. Film, 2021-ci ildə Türkiyədə keçirilən "Efeler Uluslararası Çevre Film Günleri" festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanıb. Nümayişdən sonra həmçinin Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr də aparılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.