“Səkkiz postsovet ölkəsindəki 12 teatra avadanlıq almaq üçün 65 milyon rubl və tamaşaların qəbulu üçün 58 milyon rubl lazımdır” - bu barədə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Alla Manilova məlumat verib.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, xaricdəki rus teatrlarına dəstək üçün vəsaitlər gələn ildən Federal büdcədə nəzərdə tutulacaq. Bu barədə RF Mədəniyyət Nazirinin dövlət katibi-müavini Alla Manilova "Rus Teatrı Xaricdə rus mədəniyyəti İnstitutu kimi" konfransının plenar iclasında məlumat verib. Bəllidir, xaricdəki rus teatrlarına ruslar siyasi prizmadan yanaşır, o teatrların fəaliyyətini mədəniyyətdən çox siyasi arqumentlərlə nizamlayırlar. Təbii ki, burada Bakıdakı Rus Dram Teatrından da söhbət gedir.
"2023 - cü ildən başlayaraq Federal büdcədə rus teatrlarında tamaşaların yaradılması və yeni müasir avadanlığın alınması üçün vəsait nəzərdə tutulacaq",-deyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Manilovanın sözlərinə əlavə olunub.
Şöbə bildirib ki, postsovet məkanının səkkiz ölkəsindən 12 teatrın tələbatı artıq müəyyənləşdirilib: qeyd etdiyimiz kimi, avadanlıqların alınması üçün 65 milyon rubl, tamaşaların qəbulu üçün isə 58 milyon rubl lazımdır.
Manilova əmin olduğunu bildirib ki, "rus dili, ədəbiyyatı və mədəniyyəti səfirləri" kimi rus teatrlarının dövlət tərəfindən müxtəlif dəstək formalarına ehtiyacı var.
Hazırda Ukraynada işğalçı müharinə aparan, hətta 3 aylıq körpəni həyatdan məhrum edən ruslar hansı mədəniyyətdən danışırlar? Onların əlləri qana bulaşmayıbmı? Və bu qanlı əllərin ötürdüyü qanlı pulları
Azərbaycanda fəaliyyət göstərən bir teatrın qəbul etməsi düzgündürmü?
Gəlin düşünək!