Xəbər verdiyimiz kimi, neçə müddət idi ki, “ASAN Könüllüləri" Təşkilatının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə “Gənc kinematoqrafçılar" layihəsi həyata keçirilirdi, ötən gün layihənin bağlanış mərasimi olub.
Xüsusi təntənə duyulan mərasimdə "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iştirak ediblər.
Layihə çərçivəsində iştirakçılar Azərbaycan Kinematoqrafçılar İttifaqının peşəkar rejissor və ssenaristlərinin təcrübələrindən yararlanaraq Azərbaycan kinematoqrafiyası ilə yaxından tanış olublar.
Bağlanış mərasimində layihə boyunca keçirilən dərslər ərzində rejissorların hazırladığı 1 kadrlı film və 3 xarakter videolar izlənilib və ssenaristlərin yazdıqları ssenarilər nəzərdən keçirilib.
Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.