İlin ən çox gəlir gətirən filmi bilirsiniz hansıdır?

 

“Warner Bros” kinostudiyasında çəkilmiş və baş rolunu Robert Pattinsonun oynadığı "Betmen" filmi ötən gündən etibarən “HBO Max” platformasında yayımlanmağa başlayıb. Bu münasibətlə filmin gəlir statistikası açıqlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xarici KİV-ə istinadən xəbər verir ki, “Betmen” filmi qlobal kassada ümumi 750 milyon dollar gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmi adını daha da möhkəmləndirib.

Belə ki, Metta Rivzanın rejissorluğu ilə çəkilən film ABŞ və Kanadadan 365 milyon dollar, digər bazarlardan isə 386,1 milyon dollar qazanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.