İnhisarçı “Netflix”ə yeni rəqib yaradılıb

 

Hollivuddan xəbər var. “WarnerMedia” və “Discovery” şirkətləri birləşərək media dünyasında üçüncü cəbhəni yaradıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, “Netflix” və “Disney”in yeni rəqibi olan şirkət “Warner Bros. Discovery” adlanır.

Yeni media şirkətinin 43 milyard dollarlıq bir layihə olduğunu qeyd edənlər tezliklə bu birləşmənin bazar qiymətinin 150 milyarda çatacağını ehtimal edirlər.

Dedikcə böyük rəqəmdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.