“CODA”dan təsirlənən “Simpsonlar” cizgi filmi yeni obraz yaradıb

 

Məşhur cizgi filmi “Simpsonlar”ın yeni seriyasına eşitmə məhdudiyyətli obraz daxil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı srsly.ru-ya istinadən xəbər verir ki, “Simpsonlar”ın yaradıcısı Al Cen növbəti bölümlərdə 33 illik yayım tarixində bu obrazın bir ilk olduğunu bildirib.

Qeyd edək ki, tənqidçilər “Simpsonlar”ın bu bölümünün Oskar qazanmış “CODA” filmindən təsirlənərək yazıldığını deyirlər.

Aktyor Con Otri bu obrazın jestlərinin müəllifidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.