İspanların triumfu davam edir. İspan əsilli Ariana DeBose Los-Ancelesdə (ABŞ) təqdim edilən “Tənqidçilərin seçimi” mükafatlarının 27-ci buraxılışında "Vest sayd əhvalatı" filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktrisası” mükafatını qazanıb.
Stiven Spilberqin rejissorluğu ilə çəkilən filmdə DeBose Anita roluna görə Katrin Balfı ("Belfast"), Enn Daudu ("Mass"), Kirsten Danstı ("Köpəyin hökmranlığı"), Onjanyu Ellisi ("Kral Riçard") və Rita Morenonu ("Vest sayd əhvalatı") üstələyib.