“Ədəbiyyat və incəsənət” portalı YADDAŞ XƏZİNƏSİ rubrikasında Antoni Hopkinsin fikirlərini Yunis Xəlilovun təqdimatında sizlərin ixtiyarına verir.
Antoni Hopkins 87 yaşında dünyaşöhrətli britaniyalı aktyor, rejissor və prodüsserdir.
Artıq yaşadığımdan daha az yaşayacağımı bilirəm.
Özümü bir qutu şokolad almış uşaq kimi hiss edirəm. Onun dadını çıxarıram və qutuda az şokolad qaldığını gördükcə hər birini xüsusi bir zövqlə yeməyə başlayıram.
Bitib-tükənməyən konfranslara vaxtım yoxdur — heç nə dəyişməyəcək.
Yaşına uyğun davranmayan axmaqlarla mübahisə etmək istəmirəm.
Boş-boş danışanlarla, qürur və eqoların şişdiyi toplantılarda olmaq mənlik deyil.
Manipulyatorlara isə heç dözümüm yoxdur.
Ən bacarıqlı insanların uğurlarını, istedadını və əməyini gözü götürməyən paxıl şəxslərin böhtanlarından yorulmuşam.
Mövqe və titulları müzakirə etmək üçün vaxtım çox azdır:
Çünki ruhum tələsir.
Qutuda çox az şokolad qalıb.
Mən insanlara, bəli, həqiqi insanlara dəyər verirəm.
Uğursuzluqlarına gülməyi bacaran, peşəsini sevən və məsuliyyətdən qaçmayan insanlara.
İnsan ləyaqətini qoruyan, doğruluğun və ədalətin tərəfində olmaq istəyənlərə.
Həyat bunun üçün var.
Ətrafımda başqalarının qəlbinə nüfuz etməyi bacaran insanlar olsun istəyirəm.
Taleyin zərbələrinə baxmayaraq, ayağa qalxmağı və ruhunun zərifliyini itirməməyi bacaranlarla birgə olmaq istəyirəm.
Bəli, tələsirəm — yalnız yetkinliyin verə biləcəyi dərinliklə yaşamaq üçün tələsirəm.
Qalan bütün şokaladları yeyəcəyəm — və onlar indiyə qədər yediklərimdən daha dadlı olacaq.
Məqsədim — özümlə, sevdiklərimlə və vicdanımla harmoniya içində sona çatmaqdır.
İki həyatım olduğunu zənn edirdim, amma sadəcə bir dənə imiş — və onu şərəflə yaşamaq istəyirəm.”
“Ədəbiyyat və incəsənət”
(22.04.2025)