Xəbər verdiyimiz kimi, Azərbaycan Teatr Xadimləri İttifaqında “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış-2” teatr festivalı keçirilir.
Benkrt Alforsun “İllüziyaçılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının nümayişi ilə başlanan festivala (Tərcüməsi Zümrüd Quliyevaya məxsus əsərə Müşfiq Əliyev quruluş verib. Tamaşada rolları Kərəm Hadızadə, Zümrüd Quliyeva və Əməkdar artist Elnur Hüseynov canlandırıblar) bu gün yekun vurulacaq.
Ümumiyyətlə, festivalda “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın beş və İttifaqın digər laboratoriyalarının qonaq qismində üç tamaşası oynanılıb.
Səhnə əsərləri Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində nümayiş etdirilib.
Sabah, martın 10-da isə festival çərçivəsində nümayiş edilən tamaşaların mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ku, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.