KİNO ETÜDLƏRİ - Robert Oseynin vətən sevgisi Featured

“Ədəbiyyat və incəsənət” portalının Kino etüdləri rubrikasında bu gün Anar Tağıyevin qeydləri ilə tanış olacaqsınız.

 

Azərbaycandan danışanda həmişə gözlərim yaşarır. Fransanın Azərbaycan əsilli aktyoru və rejissoru, prodüseri, “Marina” teatrının rəhbəri Robert Oseyn (əsl adı Rüstəm Hüseynov) bir neçə dəfə tarixi vətəni Bakıda olub, müxtəlif tədbirlərdə iştirak edib.

 

2015-ci ildə görüşlərin birində o demişdi: “Mən bütün qəlbimlə sevdiyim Bakıya ilk dəfə deyil ki, gəlirəm, görürəm ki, Bakı necə dəyişir, necə gözəl, tolerant və mehriban şəhərdir. Mən burada yaşayıb işləyə bilərdim. Azərbaycandan danışanda, Bakı küçələrində gəzəndə həmişə gözlərim yaşarır. Bilmirəm, niyə belə olur. Görünür, atam azərbaycanlı olduğu üçün. Atam tarda gözəl ifa edirdi və mənə bunu öyrədirdi. Yalnız sonralar skripkada ifa etməyə başladı, möhtəşəm musiqilər - baletlər, operalar, simfoniyalar yazdı”.

Aktyorun “Peşəkar”, “İkinci həqiqət”, “Bir və digəri”, “Qatil”, “Düsseldorfdan olan vampir”, “Kim bilir?” kimi çəkildiyi 100-dən çox filmi var. O, 17 filmin ssenariləri üzərində işləyib. Bundan başqa, Hüseyn 17 filmin rejissoru olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.