KİNO BƏLƏDÇİSİndə - Müharibə dəhşətləri- “Gizli silah” Featured

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Rejissor Lan Şarpenin 1990-cı ildə ekranlaşdırdığı “Gizli silah”  filmi barədə danışmaq istəyirəm. İkinci Dünya müharibəsi iştirakçısı olmasaq belə, filmlərdən və kitablardan yəqin ki, hamımızın yaddaşındadır və görünür, uzun müddət heç kimin ağlından silinməyəcəkdir.

 

Rus kəşfiyyatı alman ordusunun əlində  “Katyuşa” yaylım-atəş sisteminin olması barədə məlumat əldə edir və  sistemin məhv edilməsi üçün 8 nəfərdən ibarət partizan qrupu qurulur. “Katyuşa”nın yerini təsbit edən qrup planın ilk mərhələsini  alman ordusunun diqqətini dağıtmaq üzərinə kökləyir və plan uğurla həyata keçirilir. 

Partizan qrupunda yaxalanan iki zabitin alman ordusuna verdiyi yanlış məlumatlar rus ordusunun işini bir qədərdə asanlaşdırır və almanların diqqəti əməlli-başlı dağılır. Birinci yalan məlumat rus ordusunun var qüvvəsi ilə irəlilədiyi və alman hərbi bazasına yaxınlaşması barədə olur. Digər yalan isə bazanın rus hərbi hava qüvvələri tərəfindən vurulacağı barədə olur. Nəticə etibarilə söylənənlərin heç biri baş vermir və alman ordusunun loru dildə desək, bildiyi də yadından çıxır.

Rus ordusu böyük planın ilk mərhələsini uğurlu bir şəkildə həyata keçirdərək almanların diqqətini dağıtmağı bacarmışdı. Növbədə planın ikinci hissəsi var idi. Rus ordusu almanların məcbur qalarlarsa “Katyuşa”nı körpü vasitəsilə qaçırda biləcəyini bilirdi. Buna görə də hədəf körpünün partladılması idi. Rus kəşfiyyatçısı göl üzərində hərəkət edə bilən kolluq vasitəsilə kamuflaj olaraq körpüyə bomba bağlamaq üçün hərəkətə keçir. Hər nə qədər təhlükəli və riskli görünsə belə almanların əlini zəiflətməkdən başqa çıxış yolu qalmır. Almanlar ilk baxışda kolluğun öz-özünə hərəkət etdiyini düşünüb çox da əhəmiyyət vemirlər. Kəşfiyyatçı bombanı uğurla qurlaşdırıbmış. Alman əsgəri hər ehtimala qarşı gölə  bir neçə atəş açır. Mərmilərdən birinin rus əsgərini ağır şəkildə yaralamasına rəğmən, vəzifə sonuna qədər yerinə yetirilməli idi. Bağlanan bombanın partlamaması rus əsgərini yenidən körpüyə qayıtmağa vadar eləyir. Gölün üzərində görülən qan izləri alman əsgərlərinin hərəkətə keçməsinə səbəb olur. Rus kəşfiyyatçısı öz canı bahasına həm millətinin, həm də döyüş yoldaşlarının canını xilas edir və körpünü özü ilə birlikdə partladır.

Baş verənlərdən də görüldüyü kimi bir insan lazım gəldikdə vətəni üçün, xalqı üçün öz canını düşünmədən fəda etməyə hazırdır və etməlidir. İstər öz ordumuz, istərsə də başqa bir ordu, hər kəsin dilində və fikrində “öncə vətən” düşüncəsi yatır. 

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.