Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Filmi 1962-ci ildə rejissor Həbib İsmayılov ekranlaşdırmışdır, Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı romanı əsasında.
Film Sovet dövrününü səlanməçisidir, onun ideoloji yönümü də dövrün tələblərinə uyöun olaraq qabardılıbdır. Amma bunu bir kənara qoyaq.
Filmdə sovet Azərbaycanının kənd təsərrüfatında gedən proseslərdən, dövrün kəndinin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.
Əsərdə olduğu kimi, filmdə də ciddi, siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada əsas mövzu yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilərin qarşılarına qoyduğu bütün məqsədlərə çata bilməsi təntənəsidir.
Bakıda ailə həyatı quran və həyat yoldaşı ilə birgə kəndə gələn Qaraş atası tərəfindən elə də xoş qarşılanmadı. Çünki Rüstəm kişinin oğlu ilə bağlı planları və xəyalları tamam başqa idi. O dönəmin yaşam tərzinə görə qadına işlərdə kömək etmək fərqli qəbul olunduğu üçün Qaraşın Mayaya kömək etməsi, loru dildə desək, işin duzu-bibəri oldu. Oğlu ilə tərs düşən Rüstəm kişini Mayanın ali təhsilli olması ilə kənd təsərrüfatında yaranan irəliləyişi görməsi bir az da olsa, yumşaldı. Mayanın gözəl olması kənddə işləyən insanların da diqqətini cəlb etməyə başladı. Özəlliklə Rüstəm bəyin köməkçilərindən olan Salman hər vəclə Mayanı ələ almağa çalışırdı. Onu əldə edə bilməyəcəyini görən Salman Mayanın üstünə ləkə yaxaraq yoldaşı ilə arasına möhkəm soyuqluq saldı. Ailəsindən soyumağa başlayan Qaraş başqa bir qadınla görüşməyə başladı. İlk anlarda bu yalana Rüstəm kişidə inansa belə, Salmanın məqsədinin başqa olduğunu görəndən sonra Mayaya daha çox dəstək olmağa başladı. Salmanı isə bir növ, düşməni olaraq qəbul edən Rüstəm kişi onu aradan götürmək qərarına gəldi. Çətin vəziyyətə düşən Salman yerdən tapdığı odunla Rüstəm kişiyə xəsarət yetirərək onu axan çaya atdı və hadisə yerindən uzaqlaşdı. Vəziyyətdən heç cür çıxa bilməyəcəyini görən Salman kəndi tərk etmək qərarına gəldi. Ağır xəsarət almasına rəğmən Rüstəm kişi tezliklə tapıldı. Oğlunada vəziyyəti başa saldı və dönülməsi qeyri-mümkün olan səhvdən dönüldü.
Yaşananları nəzərə alsaq, görürük ki, hər kim ki, istədiyini əldə edə bilmirsə, maneə olan şəxsi yıxmağa çalışır. Amma sonda öz qazdığı quyuya özü də düşür. Siz, siz olun ailənizdən qeyrisinə inanmayın. Çünkü sabah sizlərdə Qaraşın düşdüyü vəziyyətə düşə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)