FİKRƏT ƏMİROV I ÜMUMRESPUBLİKA MUSİQİ FESTİVALI – “Sevil” operası nümayiş etdirilib

 

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında yazdığı eyniadlı operanın tamaşası nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, tamaşada Xalq artisti Azər Zeynalov(Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev(Əbdüləli bəy), solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev(Atakişi), Fəhmin Əhmədli(Məmmədəli bəy), Esmira Məmmədova(Tafta), Məhəbbət Səfərov(Azançı) çıxış ediblər. 

Tamaşanın dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət xadimi Sevil  Hacıyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.