Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Hadisələr İsmayıllı rayonunun Buynuz kəndində baş verir. 1958-ci ildə rejissorluğunu Həbib İsmayılovun etdiyi “Ögey ana” filmi çəkilir.
Bu həyatda hər kəs sevdikləri ilə sınanır. Bunların ən ağır olanı isə valideyn itkisidir. Valideyn övladın cənnətidir deyirlər. 7 yaşlı İsmayıl cənnətin birindən - anasından məhrum olur. Atası Arif kişi yol çəkimində çalışdığı üçün övladı ilə maraqlana bilmir. Bir müddət keçəndən sonra atasının kəndə qayıtması xəbərini sevinclə qarşılayan İsmayılın qarşılaşdığı mənzərə sevincini qursağında qoyur. İlk zamanlar bu normal qarşılansa da İsmayıl gələn qadının onun ögey anası olmasını eşidəndən sonar, loru desək, olanlar olur.
İsmayılın atası ilə birlikdə yol çəkməyə getməyi xəyal edirdi. Lakin ögey anadan – Dilarədən İsmayılın dərslərindən hədsiz dərəcədə zəif çıxış etdiyini öyrənən Arif kişi onu kənddə qoyub işinə dönür. Dilarə çox çalışsa da İsmayılla heç cür dil tapa bilmir. Atasının yoxluğuna öyrəşə bilməyən İsmayıl evdən qaçmağa da təşəbbüs edir. Elə bu zamanlarda Arif kişi iş yoldaşları ilə birlikdə yol çəkiminin daha da irəli getməsi məqsədilə kənddəki dağlardan birinin dağıdılması ilə bağlı qərar qəbul edir. Partlayış o qədər şiddətli olur ki, dağa qaçmış İsmayıl da müəyyən xəsarətlər alır.
Yaşananlardan da göründüyü kimi insan həyatında kim olursa olsun, kim gəlirsə gəlsin, valideynin yerini heç nə vermir. Həyatda insanın ən dəyərli xəzinəsi onun valideynidir. Nə qədər güclü olursansa ol, nə qədər sağlam görünürsənsə görün, arxanda valideynin yoxdursa hərşey çətin gələr sənə. ALLAH heç kimi valideynləri ilə sınağa çəkməsin AMİN!
“Ədəbiyyat və İncəsənət”
(29.01.2025)