“Savva Morozov” filminin Azərbaycanda ilk nümayişi olub

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Rusiya və Azərbaycan rejissoru Oleq Səfərəliyevin “Savva Morozov” filmi nümayiş etdirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildirilib ki, nümayişi “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan film rus sahibkarı, mesenat və xeyriyyəçi Savva Morozovun 160 illiyinə həsr edilib.

XX əsrin əvvəllərində Moskva tacirləri təbəqəsinin parlaq nümayəndələri 25 ailədən ibarət idi. Onlardan yeddisi Morozovlar soyadını daşıyırdı. Ən iri çit fabrikinin sahibi Savva Timofeyeviç Morozov bu siyahıda ən adlı-sanlı hesab olunurdu.

Morozov xeyriyyəçi idi, bütün Rusiya onu tanıyırdı. O, fəhlələr üçün xəstəxanalar və evlər tikir, Moskva Bədii Teatrının tikintisini və inkişafını maliyyələşdirirdi. Hətta Moskva Bədii Teatrının 10 illiyinə həsr olunmuş döş nişanında Morozovun portreti teatrın təsisçiləri Konstantin Stanislavski və Vladimir Nemiroviç-Dançenkonun təsvirləri ilə birgə həkk edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.