Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq Ulviyye Heydərovanın eyniadlı monopyesi əsasında Respublikanın Xalq Artisti Firudin Mehərrəmovun quruluşunda aktrisa Ilahə Səfərovanın oynadığı "Uşaqlıq" monotamaşasının növbəti nümayişi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rəssam Elşən Sərhanoğlunun peşəkar səhnə tərtibatı ilə ərsəyə gəlmiş tamaşa bu dəfə də sumqayıtlılarda böyük maraq oyadıb.
Tamaşanı izləməyə gəlmiş qonaqlar xoş sözlərini, təbriklərini teatrın əməkdaşlarına söyləyiblər. Deyilən hər dəyərli fikir tamaşanın gənc yaradıcıları üçün bir motivasiyaya çevrilib.
Xatırladaq ki, Sumqayıt Dövlət Dram Teatrının səhnəsində "Uşaqlıq” monotamaşasının yenidən təqdim edilməsi tamaşaçıların xahişi ilə baş tutub. Belə ki, teatrın bir müddət öncə yaydığı məlumatda deyilirdi:
“Çoxsaylı istəkləri nəzərə alaraq Ülviyyə Heydərovanın "Uşaqlıq” monotamaşası Xalq artisti Firudin Məhərrəmovun yozumunda və aktrisa İlahə Səfərovanın ifasında yenidən səhnədə nümayiş olunacaqdır.”