Polşalı rejissor Malgozhata Şumovska dünyaşöhrətli rus yazıçısı Fyodr Dostoyevskinin həyat yoldaşı Anna Snitkina haqqında tammetrajlı film çəkir, layihəyə Rusiyanın Hype Film şirkəti tərəfindən həmprodüsserlik edilir. Bu barədə cümə axşamı şirkətin mətbuat xidməti məlumat verib.
Xəbəri “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən yayır.
Film Endryu D. Kaufmanın "The Gambler’s Wife” (Qumarbazın arvadı) kitabına adaptasiyadır. Dostoyevskini xilas edən əsl sevgi, risk və qadın barədə təsirli bir hekayədir!
“Malgozhata Şumovska dünyanın ən çox tələb olunan rejissorlarından biridir və bu layihənin həyata keçirilməsi üzərində onunla əməkdaşlıq etmək bizim üçün böyük şərəfdir. Endrü Kaufmanın kitabında təsvir edilmiş Anna Snitkinanın heyrətamiz hekayəsi universal, aktual və nəzarətsiz görünür, xüsusilə də əsl vizioner rejissorun əlində", - deyən Hype Film-in prodüseri İlya Stüartın fikirlərini mətbuat xidmətindən sitat gətiriblər.
Film “Qumarbazın arvadı” adını alacaq. Rejissor gəncliyində Dostoyevskinin dünyasına, onun kitablarına aşiq olan, amma cəmiyyətdə mövqeyindən, zərərli vərdişlərindən əndişəyə düşən,
onunla birlikdə olub ona kömək etmək istəyən fədakar qadının hekayəsini böyük ustalıqla ortaya qoymaqla ümumbəşəri sevgi mövzusunu şərəfləndirib.
Şumovskanın filmləri dəfələrlə beynəlxalq kinofestivallarda iştirak etmiş, onun "Bədən" (Cialo, 2015) və "Üz" (Tuvarz, 2017) filmləri Berliniada mükafatına layiq görülmüşdür, "Qar artıq olmayacaq" tragikomediyası (Sniegu juz nigdy nie bedzie, 2020) Venesiya kinofestivalının əsas müsabiqəsində iştirak etmişdir. Hazırda o, əsas rollarda Naomi Uotts və Billi Houl ilə "Sonsuz fırtına" (Infinite Storm, 2022) layihəsi üzərində işi başa çatdırır.
Azərbaycanda çox bəyənilən, oxunan böyük Dostoyevskinin həyatını özündə əks etdirən bu filmə haçansa baxanda bəyənəcəyimizə əminik.