Rejissor Kseniya Laqutinanın çəkdiyi “Ayıpəncəsi tarlasında torağaylar” Azərbaycan filmi Tuvanın paytaxtı Qızılda keçirilən Buddist Beynəlxalq Film Festivalında Qran-Priyə layiq görülüb.
AzərTAC xəbər verir ki, film mühüm seçim etməli olan bir neçə qəhrəmanın taleyindən bəhs edir.
Tuvalı Orlan Oyun “Sarbaşkınnar” filminə görə ən yaxşı rejissor seçilib, Qırğızıstandan “Yer” filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Anuparna Roy “Çaya tərəf qaç” (Hindistan) filminə görə “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub.
Buddist Beynəlxalq Film Festivalı 2022-ci ildən Tuvada keçirilir. Bu il festivalda doqquz ölkədən nümayəndələr iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)