Bu gün Qazaxıstanın Şimkənd şəhərində Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalının rəsmi açılışı olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı təmsil edəcək.
Teatr gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşasını nümayiş etdirəcək.
Sözügedən tamaşanın yeganə qəhrəmanı Killer-Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramovadır, tamaşanın musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
Festival noyabrın 11-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)