Akademik Rus Dram Teatrı Şəkidə qastrolda olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir. 

 

Oktyabrın 17-də aksiya çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki şəhərində A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında hazırlanmış tamaşanı təqdim edib.

 

AzərTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və xoreoqrafı Raulya Turkkan, səhnə tərtibatçısı Səmra Axundova, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Şəkili sənətsevərlər tamaşanı böyük maraqla qarşılayıblar. Şövqlü aktyor oyunu, nağılvari dekorasiya, təsirli musiqi tamaşaçılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, ötən ilin əvvəllərindən həyata keçirilən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.