Kevin Kostner ekranlara qayıdır

Məşhur amerikalı aktyor, canlı əfsanə Kevin Kostner "Horizon" adlı vesterni ekranlaşdırmağa hazırlaşır. 

 

Aktyor 19 il öncə səhnəni tərk edib, bu dönüş möhtəşəm olacaq, belə ki o, ekranlara ilk dəfə rejissor kimi dönəcək, eyni zamanda, filmdə əsas obrazlardan birini də canlandıracaq.

Çəkilişlərin avqustun ayında başlanılması nəzərdə tutulur, kastinqlər fevraldan etibarən start götürəcək.

Qeyd edək ki, K.Kostner son olaraq 2003-cü ildə "Açıq məkan" filmində rol alıb. 

Onun ən məşhur filmi isə “Canavarlarla rəqs" filmidir ki, Kostner  "Ən yaxşı film" nominasiyası da daxil olmaqla 7 Oskar qazanıb. Film Amerika Kinoakademiyasının "Qızıl şedevrlər"i siyahısına salınıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.