Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun “Ana tarla” tamaşası ilə açıb.
Teatrdan AzərTAC-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov çıxış edərək, iki ölkə arasındakı əməkdaşlıqdan söhbət açıb.
Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ana tarla” tamaşası nümayiş olunub.
Səhnə əsərində rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Səmayə Sadıqova, aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev və başqaları ifa ediblər.
Əsər doğma yurda və torpağa sadiq olan sadə insanlardan bəhs edir. Tamaşada İkinci Dünya müharibəsində insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə ümidləri əks olunur.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)