Yanvarın 16-da “Artım” layihə məkanında İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtarar” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.
Rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi tamaşa müasir insanların bir-biri ilə ünsiyyət və münasibət qura bilməməsindən bəhs edir.
Səhnə əsəri eyni vaxtda “Artım”ın üç zalında üç dildə (Azərbaycan, rus, ingilis) səsləndiriləcək.
Saat 17:00 və 19:00-da nümayiş olunacaq tamaşaya baxmaq üçün öncədən qeydiyyatdan keçmək vacibdir.