“Ən soyuq düşmən” filminin treyleri yayımlanıb

 

Amerikanın yayım şirkəti “Netflix”in istehsalı olan filmin baş rolunu izləyicilər tərəfindən böyük maraqla qarşılanan “Taxt-tac oyunları” (Game of Thrones) teleserialından tanıdığımız Nikolaj Koster-Valdau canlandırır.

 

Danimarkalı rejissor Peter Flinthin çəkdiyi “Ən soyuq düşmən” (Against The Ice) filmi Qrenlandiyanın böyük bir parçadan ibarət bir ada olduğunu sübut etmək üçün ekstremal şəraitdə həyatda qalmaq uğrunda mübarizə aparan iki tədqiqatçının macara dolu hekayəsindən bəhs edir və filmdə dostluğun, sevginin və yoldaşlığın heyranedici gücü diqqət mərkəzinə alınıb.

Filmin hekayəsi real bir hadisəyə əsaslanır. 1909-cu ildə danimarkalı kapitan Ejnar Mikkelsen Qrenlandiyanın ABŞ-ın iddia etdiyi kimi iki ayrı qurudan ibarət olmadığını sübut etmək üçün ekspedisiyaya başlayır və bununla da ABŞ-ın Şimali Qrenlandiya iddiasını təkzib edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.