4 illik fasilədən sonra “Oskar” mərasimi yenidən aparıcının iştirakı ilə keçiriləcək

 

 

Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək. 

Bu barədə “Variety” jurnalı tədbiri yayımlayacaq ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən xəbər verib.

Qazeta.ru-ya istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki,  Erviç aparıcının adını açıqlamayıb. Ancaq zarafatla qeyd edib ki, mərasimi onun özü də keçirə bilər. ABC sözçüsü qısa zamanda daha ətraflı məlumat verəcəyini vəd edib.

94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.