Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq

Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli yazıçı və dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan Tifaq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək. Bu barədə teatr məlumat yayıb. 

 

Səhnə əsəri iki heyətlə teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Əməkdar artist Azad Məmmədovdur.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.