Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları nəhayət ki elan edilib.
“Ədəbiyyat və incəsənət” portalı ittifaqa istinadən xəbər verir ki, müsabiqəyə 50 ssenari qəbul olunmuşdur. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsiflər heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılmışdır. Ssenariləri müəlliflərin familiyalarını əlifba sırası ilə təqdim edirik:
Arifoğlu Elçin – “Ürəkdəki cəbhə xətti, cəbhə xəttindəki ürək”
Dadaşov Nicat – “Otaq”
Qəhrəmanov Asif – “Köhnə soba”
Qubadzadə Qurban, Əlibəy Məmmədli, Süleymanzadə Süleyman – “Yun çubuğu”
Heydərova Ülviyyə - “Bir, iki, üç”
Xanəlizadə Elxan – “Tarla qızları”
Mahmudova Sevinc – “Əmanət”
Məmiyev Amil (Amal) – “Şuşa, mən səni sevirəm”
Muxtarov Mətləb, Mirmehdi Ağaoğlu,– “4420”
Nəsibli Leyla – “Əsgər çəkmələri”
Rzayev Elnur (Paşa) – “Söyüd ağacı”
Səfərov Hacı – “Qısa paslar, uzun peşmanlıqlar”
Yusubova Şəfa – “Əziz Emil”
Qalib ssenarilər 2 avqust Milli Kino günü öncəsi elan ediləcək.
Qalib ssenarilər üçün müəyyən edilmiş pul mükafatları I yer – 2000 AZN, II yer – 1500 AZN, III yer – 1000 AZN təşkil edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də AKİ-nin planlarına daxildir.
“Ədəbiyyat və incəsənət”
(02.07.2024)