“Maqbetin faciəsi” filmindən yeni treyler yayımlanıb

“Apple TV+” rejissor Coel Koenun tanınmış ingilis yazıçısı Uilyam Şekspirin "Maqbet" əsəri əsasında çəkdiyi “The Tragedy of Machbeth” (“Maqbetin faciəsi”) filminin treylerini yayımlayıb.

Bu filmdə baş rolları dünyaşöhrətli “Oskar” mükafatçısı Denzel Vaşinqton və Frensis MakDormand ifa edirlər.

Ağ və qara rəngdə çəkilmiş film, üç cadugər tərəfindən Şotlandiya kralı olacağına inandırılan Maqbetin (Denzel Vaşinqton) hekayəsindən bəhs edir.

Güc həvəsi, ehtiras, xəyanət, dəlilik və ölüm filmin əsas mövzusudur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.