“Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli-animasiya filminin maliyyələşdirilməsinə başlanılıb

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində qalib gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli-animasiya filminin maliyyələşdirilməsinə başlanlıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına  Azərbaycan Respublikasının Kino Agentliyindən verilən məlumata görə, istehsal prosesində olan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emin Nəcəfovdur. 

Qeyd edək ki, müsabiqədə "Sənət filmi" istiqaməti üzrə qalib olan “Kapitan və Xəzər dənizi” animasiya filmi “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal olunur. 

Filmin tizeri agentliyin facebook səhifəsində yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.