Bu gün Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Füzuli Dövlət Dram Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb. Tamaşanın premyerası bu gün - mayın 23-də teatrın səhnəsində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu assistenti Gülgəz Soltanova, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.

 

Səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.