Sezai Aydın vəfat edib

Türkiyənin teatr və kino aktyoru Sezai Aydın vəfat edib.

CNN "Türk” ün yaydığı xəbərə görə, 69 yaşlı aktyor koronavirusdan müalicə alırdı.

Sezai Aydın 1952-ci ildə Ankarada anadan olub. O, teatr səhnəsində çıxış etməklə yanaşı bir sıra seriallarda da çəkilib.

Bundan başqa o, Al Paçino və Robert de Niro kimi məşhur aktyorların canlandırdığı obrazları türk dilində dublyajını həyata keçirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.