Milli Dram Teatrı mart repertuarını açıqlayıb

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mart repertuarını açıqlaylb və gələn ay teatr maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Sənət ocağı repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək. Belə ki, martın 9-da və 10-da “Əsrə bərabər gün”, 15-də “Şükriyyə”, 16-da “Dantenin yubileyi”, 17-də “Ah, bu uzun sevda yolu”, 29-da “Ölülər”, 30-da “Sənsiz” və ayın son günü, 31-də “Qarabağnamə” tamaşaları təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.