Könül, “Ədəbiyyat və incəsənət”
Böyük Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında tamaşalar, müzikllər, fiımlər yaranıb, ən müxtəlif teatr salonları gur alıqşlara bürünüb. Bu dəfə növbə Rus Dram Teatrına çatıb.
Bu gün - fevralın 22-də “Yeddi gözəl” tamaşasını teatr öz pərəstişkarlarına təqdim edəcək.
Tamaşanın premyerası 2012-ci il dekabrın 7-də olub və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin 870 illiyi, 2013-cü ildə UNESCO tərəfindən elan olunan “Nizami ili” ərəfəsində keçirilib.
Quruluşçu rejissor Yonas Vaytkusdur (Litva).
Nizami Gəncəvinin poeması üzərindən konseptual baxış sülh və həqiqətin dərk edilməsi üzrə fəlsəfi mövzuları açır.
Bəyəniləcəyinə şübhə etmirəm.
“Ədəbiyyat və incəsənət”
(21.02. 2024)