Dünən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və Teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı teatrın repertuarı, yaradıcı mühit, kollektivin pandemiya və postpandemiya dövründəki fəaliyyəti müzakirə olunub, teatrın binasına baxış keçirilib. Nazirin birinci müavini E.Əliyev teatrın texniki təchizat problemləri və binanın vəziyyəti ilə yerində tanış olub.
Nazirlik rəsmiləri Azərbaycan Dövlət Pantomima Teatrının milli teatr prosesindəki rolundan danışıb, onun əhəmiyyətini qeyd edib, yaradıcılıq fəaliyyətini qiymətləndirərək, kollektivə uğurlar arzulayıb, bundan sonra da kollektivə zəruri dəstəyin göstəriləcəyini qeyd ediblər.