2024-cü il Berlin kinofestivalı müsabiqə proqramını elan edib Featured

 

Kinosevərlərin gözlədikləri an axır ki yetişdi. Berlin kinofestivalı 2024-cü ilin müsabiqə proqramını elan etdi. Proqrama Berlinalenin rəsmi proqramında, eləcə də “Encounters” (Görüşlər) proqramında iştirak edəcək 20 film daxil edilib. Filmlərin adları festivalın rəsmi internet saytında açıqlanıb. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı afisha-daily-yə istinadən məlimat verir. 

 

Gələn ay - fevralın 15-dən 24-dək keçiriləcək festivalın proqramını Tim Milantsın baş rolda Killian Mörfinin çəkildiyi “Belə xırda şeylər” tarixi dramı açacaq.

 

Festivalda, həmçinin bu filmlər nümayiş olunacaq:

Abderrahman Sissako. “Qara çay”,

Alonso Ruispalasios “Mətbəx”, 

Mati Diop “Daqomeya”,

Aaron Şimberq “Başqa adam”,

Bryuno Dumont “İmperiya”, 

Marqarita Vikarion “Qələbə!”, 

Olivye Assayas “Vaxtdan kənar”, 

Andreas Drezen “Hildadan sevgi ilə”, 

Betaş Sanex və Miriam Mokvadam “Ən sevdiyim tort”, 

Kler Byurger “Yad dil”, 

Meryam Juber “Mən kimə aidəm” 

Xan Xan Su “Səyyahın ehtiyacları”.

 

“Encounters”in proqramına isə rejissor Georgios Zoysun “Arkadiya”, Juliana Rojasın “Cidade; Campo”, Mamadu Dianın “Demba”, Giyoma Kayonun və Ben Rassellin “Birbaşa hərəkət” (Direct Action)" filmləri və digər ekran əsərləri daxil edilib. Bundan başqa, festivalda Adam Sandlerin iştirakı ilə “Astronavt” və Cessi Ayzenberqin oynadığı “Qar adamının qürubu” filmləri nümayiş olunacaq.

Festivalda jüriyə məşhur aktrisa Lupito Nianqo rəhbərlik edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.