Azərbaycan prokurorları haqqında film çəkildi

Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə film çəkilib.

Bu barədə Baş Prokurorluq sosial şəbəkədə paylaşım edib.

 

“İstintaq” adlı bədii-sənədli qısametrajlı filmin təqdimatı Baş Prokurorluqda təntənəli şəkildə keçirilib.

Filmdə cinayət işlərinin prokurorlar tərəfindən açılması ilə bağlı maraqlı məqamlar yer alıb.

Qeyd edək ki, filmin ərsəyə gəlməsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov, ssenarist və redaktor Vüsal Əhmədzadə, aktyor Əlixan Rəcəbov və başqaları iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.