Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 23-də açdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı builki 96-cı mövsümünü ayın 23-də səhər və axşam tamaşaları ilə açdı. 

Saat 12.00-də Kiplinqin “Mauqli”, saat 19.00-da isə İlqar Fəhminin “Balaca kişilər” tamaşaları nümayiş olundu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş, İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında tamaşaya qoyulmuş eyni adlı tamaşanın premyerası 95-ci mövsümdə reallaşıb. 

“Balaca kişilər” teatrın ən çox rəy alan və ən çox bəyənilən tamaşaları sırasında yer tutur.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.